Azərbaycanda ümumilikdə sənaye parklarında rezidentlər tərəfindən layihələrin reallaşdırılmasına 2,5 mlrd. ABŞ dolları investisiya yatırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Layihələrə ümumi investisiyalar artıq $2,5 mlrd. təşkil edib. Həmin layihələr sayəsində
11 minədək iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 mlrd. ABŞ dollar investisiya yatırılacaq. Bu, əlavə 7,5 min yeni iş yerinin yaradılmasına imkan yaradacaq”, - nazirlikdən qeyd ediblər.
Hazırda Azərbaycan ərazisində 5 sənaye parkı fəaliyyət göstərir: Sumqayıt Kimya Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı və Balaxanı Sənaye Parkı. **
A.Əzizov