2017-ci ildə Azərbaycanda pambıqçılıq və tütünçülüyün inkişafına 11,8 mln. manat məbləğində güzəştli kredit verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
«Ötən il pambıqçılıqla məşğul olan 195 sahibkara 10,2 mln. manat, tütünçülük sahəsi üzrə 100-ə yaxın sahibkara 1,6 mln. manat güzəştli kredit verilib”, - deyə məlumatda bildirilir.
Bu kreditlər hesabına 900-dən çox yeni iş yeri yaradılıb.*
B.Rüstəmbəyov