Masallı Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin fevral ayında başa çatdırılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 milyon manat olan 9 layihənin icrasına başlanılacaq”, - deyə məlumatda bildirilir.
Masallı Sənaye Məhəlləsinin sahəsi 10 ha təşkil edir.
Məlumatda qeyd olunur ki, 20,3 hektar ərazidə salınacaq Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə 2018-ci ilin fevral ayının sonlarında başlanılması və birinci mərhələnin iyul ayında başa çatdırılması nəzərdə tutulur.*
B.Rüstəmbəyov