2017-ci ildə Azərbaycanda baş verən yanğınlar nəticəsində 51 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Bu, 2016-cı illə müqayisədə 6% azdır”, - deyə məlumatda bildirilir.
Ötən il baş vermiş yanğın hadisələri zamanı 225nəfər xəsarət alıb ki, bu da 2016-cı illə müqayisədə 54% çoxdur.
Çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş verən yanğın hadisələri zamanı 44 nəfər həlak olub, 168 nəfər xəsarət alıb.
Hesabat ilində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12,911 min çıxış (artım 8,9%) edilib. Bunun 2,337 mini çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 7,763 mini açıq sahələrdə, 343-ü nəqliyyat vasitələrində, 9-u meşə və meşə talalarında, 2459-u digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.*
F.İsazadə