Xüsusilə, Qax rayon İcra Hakimiyyəti rayonda 14 çoxmənzilli binanın təmiri üçün "IMS" MMC (müqavilənin dəyəri 184,324 min manat), Neftçala rayon İcra Hakimiyyəti çoxmənzilli binaların təmiri üçün "Master-Ofis" MMC (müqavilənin dəyəri 276,487 min manat), İsmayıllı rayon İcra Hakimiyyəti çoxmənzilli binaların əsaslı təmiri üçün “İnşaatçı-86” MMC (müqavilənin dəyəri 276,487 min manat), Hacıqabul rayon İcra Hakimiyyəti çoxmənzilli binaların dam örtüyünün əvəz olunması və binanın fasad hissəsinin təmiri üçün “İnşaatçı-S” MMC (müqavilənin dəyəri 215,046 min manat) ilə müqavilə imzalayıb.
Bundan əlavə, Kürdəmir rayon İcra Hakimiyyəti 8 çoxmənzilli binanın təmiri üçün “Kürdəmir-Dizayn-S” MMC (müqavilənin dəyəri 399,268 min manat), Salyan rayon İcra Hakimiyyəti çoxmənzilli binaların dam örtüyü, binanın fasad hissəsinin və zirzəmilərdə kommunikasiya xəttlərinin təmiri üçün “İlkin N” MMC (müqavilənin dəyəri 491,5 mi manat), Mingəçevir şəhər İcra Hakimiyyəti şəhərdə mənzil fondunun təmiri üçün “Tikinti-Təmir” MMC (müqavilənin dəyəri 337,92 min manat) ilə müqavilə imzalayıb. **
A.Əzizov