2017-ci ildə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 89 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindənməlumat verilib.
Ötən il respublika ərazisində 13,17 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 9% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 72 nəfər həlak olub, 334 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 153 nəfər xilas edilib, 1,644 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 84 partlayış hadisəsi baş verib. Bu isə 2016-cı illə müqayisədə 16 hadisə və ya 24% çoxdur. Partlayışlar zamanı 17 nəfər həlak olub, 87 nəfər xəsarət alıb.*
F.İsazadə