Azərbaycan və Makedoniya yığmaları yoldaşlıq oyunu keçirəcək. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.
Yoldaşlıq görüşünün keçirilməsi barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.
“Görüş martın 27-də Antalyada (Türkiyə) baş tutacaq”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov