Cümə axşamı Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Çili Respublikası və Ekvador Respublikasının qeyri-rezident yeni səfirlərin etimadnamələrinin surətlərini qəbul edib. Bu barədə XİN-dən məlumat verilir.
Xüsusilə, Çilinin (mənzil qərargahı Ankara) Xose Manuel Silva və Ekvadorun (mənzil qərargahı Tehran) səfiri German Alexandro Orteqa Almeyda etimadnamələrinin surətlərini P.Mirzəzadəyə təqdim ediblər.
“Görüşdə Azərbaycanın sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunur. **
F.İsazadə