2017-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Azərbaycan üzrə 2016-cı ildə 331 ərizəyə qarşı 679 ərizə daxil olub. Bu barədə Avropa Şurasının məlumatında deyilir.
AİHM-ın hesabatına əsasən, ötən il ümumilikdə məhkəməyə 63,35 min ərizə təqdim olunub, bu da 2016-cı ilin göstəricisindən 19% çoxdur.
2017-ci ildə Avropa Məhkəməsi baxılması üçün nəzərdə tutulan ərizələrin 210-u qəbul etməyib (2016-cı ildə - 136). Onların 97-si üzrə qərar çıxarılıb (2016-cı ildə - 50).
Bundan əlavə, 168 ərizə üzrə məlumat Azərbaycan hökumətinin diqqətinə çatdırılıb (2016-cı ildə - 164).
2017-ci ildə Azərbaycan üzrə Strasburqa müraciətlərin sayı nisbətən az olub: AİHM-ə ərizələrin sayı əhalinin hər 10 min nəfərinə 0,69 təşkil edib.
Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. **
A.Əzizov