“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Dağıstan” gəmi-bərəsinin əsaslı təmirini başa çatdırıb. Bu barədə QSC-dən məlumat verilir.
Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
“Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki 1000 kilovat gücündə “Hyundai” markalı mühərriklərlə əvəzlənib.Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici mühərrik və qurğuları yeni layihə əsasında dəyişdirilib”, - məlumatda qeyd olunur.
Gəmi-bərənin gövdə və sualtı hissələri də təmir olunaraq rənglənib. Yaşayış və xidmət sahələri müasir standartlara uyğun təmir edilib.
1984-cü ildə istifadəyə verilən “Dağıstan” bərəsinin yükgötürmə qabiliyyəti 2425 tondur. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. **
N.Abbasova