Azərbaycan Ordusunun 43 nəfər sülhməramlıdan ibarət qrupu Əfqanıstandan Bakıya qayıdıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb”, - deyə məlumatda bildirilir.
F.İsazadə