Azərbaycan hökuməti 2018-ci ildə strateji müdafiə sistemləri və ordunun modernləşməsinə dövlət büdcəsindən vəsait ayrılmasını davam etdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2018-ci il üçün dövlət büdcəsində milli təhlükəsizliyin və müdafiəqabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə xərclərin xüsusi çəkisi 13,6% təşkil edir.Bu il dövlət büdcəsi vəsaiti hesabına strateji müdafiə sistemlərinin alışı və ordunun modernləşməsi həyata keçiriləcək”, - nazirlikdən qeyd ediblər.
Hesab edilir ki, b məqsədlərə vəsaitin ayrılması ölkənin müdafiəqabiliyyətinin gücləndirilməsinin səviyyəsini artırmağa, sərhədləri möhkəmləndirməyə, hərbi qulluqçuların sosial vəziyyətini yaxşılaşdırmağa, ordunun madd-texniki bazasını möhkəmləndirməyə, o cümlədən hərbi-sənaye potensialının inkişafına yardım etməyə imkan yaradacaq.
2018-ci ilin dövlət büdcəsində xərclər 21,047 mlrd. manat səviyyəsində təsdiq olunub. **
A.Əzizov