Yanvarın 29-da “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanovun qırx mərasimi baş tutacaq. A.İvanov 21 dekabr 2017-ci il tarixində 67 yaşında vəfat edib.
Saat 10:30-da A.İvanovun qəbrinin ziyarəti planlaşdırılır (Yasamal qəbiristanlığı, Nəbatat bağı ilə üzbəüz).
Qırx mərasimi saat 11:00-dan 14:00-dək “Təzə Pir” məscidində keçiriləcək.