Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə aparılan yoxlamalar nəticəsində büdcə təşkilatlarında 2 mln. 331,8 min manat məbləğində vəsaitin mənimsənilməsi ilə bağlı faktlar aşkarlanıb və bununla bağlı materiallar baş prokurora göndərilib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Hesabat dövründə 10 təşkilatda mənimsəmə əlamətləri müşahidə edildiyindən bu nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Baş Prokurorluğa göndərilib”, - deyə məlumatda bildirilir.*
A.Əzizov