Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə aparılan yoxlamalar nəticəsində dövlət büdcəsinə 4 mln. 755 min manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. Bu barədə nazirliyin məlumatında deyilir.
2016-cı ildə belə yoxlamalar nəticəsində dövlət büdcəsinə 9 mln. 168,94 min manat məbləğində vəsait ödənilib.
“2017-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7 mln. 367,9 min manat məbləğində artıq ödənişlərin 4 mln. 673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə cari ilin əvvəlində bərpası təmin edilib”, - deyə məlumatda bildirilir.
Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən 760 vəzifəli şəxsə ümumilikdə 639 min manat məbləğində inzibati cərimələr tətbiq edilib.*
A.Əzizov