"Holcim Azerbaijan" ASC-nin səhmdarları martın 15-də keçiriləcək illik ümumi yığıncaqda 2017-ci ilin yekunlarını müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Yığıncaqda səhmdarlar şirkətin ötən ilə dair maliyyə hesabatını, şirkətin Müşahidə Şurasının tərkibinə və nizamnaməsinə dəyişiklikləri təsdiq edəcəklər.
“Holcim Azerbaijan” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. Yerli bazarda sement istehsalının 35-40%-i onun payına düşür. ASC-nin səhmdarları "LafargeHolcim” (66%), Avropa Yenidənqurma və İnkişaf Bankı (10%), "Holcim Auslandbeteiligungs Gmbh" (10%) və digər səhmdarlardır (14%).*
B.Rüstəmbəyov