Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən növbəti depozit hərracında 250 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank yanvarın 29-da keçirilən hərracda 250 mln. manat məbləğində vəsait cəlb edib. Hərracda təklif 695,4 mln. manat təşkil edib. Orta ölçülmüş faiz dərəcəsi 13,05% olub”, - deyə məlumatda bildirilir.
Vəsait 14 gün müddətinə cəlb olunub.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.*
N.Abbasova