Azərbaycan regionlarının inkişafına 4,5 mlrd. manat investisiya qoyulub. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"2017-ci ildə regionların inkişafına 4,5 mlrd. manat vəsait yönəldilib", - deyə o, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı müzakirələr zamanı bildirib.
Bundan başqa, bu məqsədlər üçün əlavə olaraq 368 mln. manat cəlb edilib.
Nazir vurğulayıb ki, ötən il Azərbaycanda 221 min yeni iş yeri yaradılıb.*
B.Rüstəmbəyov