Kənd təsərrüfatı naziri Heydər Əsədov hesab edir ki, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə kənd təsərrüfatı sektorunun kreditləşdirilməsi kifayətdir.
"Bizim təklifimizlə Maliyyə Nazirliyi artıq kənd təsərrüfatı kreditlərinin verilməsi (Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin xətti ilə) üçün dövlət büdcəsindən vəsait ayırmır. Hesab edirəm ki, SKMF-in xətti ilə kənd təsərrüfatı sektoruna kifayət qədər kredit ayrılır və yaxşı olardı ki, bütün kreditləşmə prosesi bir fonddan tənzimlənsin", - deyə o, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı müzakirələr zamanı bildirib.
İqtisadiyyat naziri Şahin Mustafayev isə qeyd edib ki, 2018-ci ildə SKMF-in xətti ilə sahibkarlara 170 mln. manat məbləğində kredit veriləcək.*
B.Rüstəmbəyov