Rəsmi Bakı Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun adınıXarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil edəcək.
“Avropa İttifaqına üzv dövlətlərin də aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, L.Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal olunmuş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başa düşülən deyil”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“L.Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən və çirkli brilyant ticarəti və pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utancvericidir”, - deyə o vurğulayıb.
XİN rəsmisi hesab edir ki, bu kimi qanunsuz səfər ilə L.Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə xələl gətirir.
«Aqressiv separatizmi, işğal və təcavüzün nəticələrini dəstəkləməkəvəzinə Avropa Parlamentinin üzvü kimi L.Adaktussonun İsveç və Finlandiya arasında uğurlu muxtariyyət modeli olan Alaand adaları təcrübəsini bölüşməsi və təşviq etməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərdi”, - deyə H.Hacıyev qeyd edib.*
F.İsazadə