Azərbaycan hökuməti sənaye məhəllələrində infrastrukturun yaradılmasına vəsait qoyuluşunu davam etdirməyə hazırdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Hesab edirəm ki, Azərbaycanın hər bir rayonunda sənaye məhəllələri olmalıdır. Lakin onları dərhal hər yerdə yaratmaq mümkün deyil", - deyə o, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının gedişi ilə bağlı müzakirələr zamanı bildirib.
Nazir sahibkarlara müraciət edərək bildirib ki, onlar məhəllələrin yaradılması təklifi ilə İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər. "Biz sənaye məhəllələri üçün yerləri birlikdə müəyyən edəcəyik. Bundan başqa, dövlətin öz vəsaiti hesabına bu məhəllələrdə lazımi infrastruktur yaratması böyük əhəmiyyət kəsb edir", - deyə Ş.Mustafayev əlavə edib.*
B.Rüstəmbəyov