Azərbaycanda dördüncü "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın hazırlanaraq qəbul olunması planlaşdırılır. Bunu prezident İlham Əliyev deyib.
“Üçüncü "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası bu il başa çatır. Buna görə 4-cü Dövlət Proqramı hazırlanacaq”, - deyə dövlət başçısı bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Onun sözlərinə görə, həyata keçirilən dövlət proqramları regionların inkişafı üçün əlverişli şərait yaradıb.
Prezident regionlarda qazlaşdırma, elektrik enerjisi, içməli su və kanalizasiya sistemi ilə təminat sahəsində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
İ.Əliyev əlavə edib ki, ölkədə aparılan islahatlar beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. «Azərbaycanda xalq və hökumətin birliyinə əsaslanan sabitlik təmin olunub», - deyə dövlət başçısı qeyd edib.*
F.İsazadə