İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 164 cinayət faktı qeydə alınıb, onların 36-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 55 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.*
F.İsazadə