2016-2017-ci illərdə İqtisadiyyat Nazirliyi tərəfindən 230 layihə üzrə investisiya təşviqi sənədi (İTS) verilib.
“İnvestisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 mlrd. manatdan artıq investisiya yatırılacaq, 16 minədək yeni iş yeri açılacaq”, - deyə nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Layihələrin 87%-i regionların payına düşür.
İTS sahibkarlara müxtəlif vergi və gömrük güzəştləri əldə etməyə imkan verir.*
A.Əzizov