“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC “Balakən” gəmi-bərəsinin əsaslı təmirini yekunlaşdırıb. Bu barədə cəmiyyətin elanında deyilir.
“Gəmi-bərəninsükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, baş və köməkçi mühərriklərəsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib”, - deyə məlumatda bildirilir.
“Balakən”gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar edilir.
Gəmi-bərə 2012-ci ildə istismara verilib. Uzunluğu 154,5 metr, eni isə 17 metrdir.*
N.Abbasova