Azərbaycanda sutkalıq neft hasilatı 108 min ton neft, 82 mln. kubmetr qaz təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildiriblər.
“Hazırda ölkədə SOCAR şirkətinin (ARDNŞ) özünün işlətdiyi dəniz və quru yataqlardan, həmçinin xarici şirkətlər - “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Ümid” və s. ilə birgə işlətdiyi yataqlardan sutkalıq təqribən 108 min ton neft və 82 mln. kubmetr qaz hasil olunur”, - hökumətdən qeyd ediblər.
Hökumətin məlumatına görə, 2017-cı ildə Azərbaycanda ümumilikdə 38 mln. 688,9 min ton neft (2016-cı illə müqayisədə azalma 3,7%), 28 mlrd. 597,9 mln. kubmetr qaz (azalma 2,6%) hasil olunub. **
N.Abbasova