2018-ci ilin yazında “Şahdağ” qış-yay turizm kompleksində mürəkkəbliyinə görə qırmızı dərəcəli 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub. Bu barədə dövlət başısının saytında məlumat verilir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov İ.Əliyevə məlumat verdi ki, burada 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq. İkinci mərhələdə görülməsi planlaşdırılan işlərə bu ilin yaz aylarından başlanılacaq”, - məlumatda qeyd olunur.
Bundan əlavə, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək.
Y.Eyyubov qeyd edib ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması planlaşdırılır.
Bundan başqa, kompleksin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq.
2018-ci ilin sonuna kimi həmçinin kompleks üçün yol infrastrukturunun yaxşılaşdırılması planlaşdırılır.
Hazırda kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır. **
F.İsazadə