2017-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 27 mln. 280,5 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2016-cı ilin göstəricisindən 6,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2017-ci ildə BTC ilə 27 mln. 280,5 min ton neft daşınıb. 2016-cı ildə bu göstərici 29 mln. 215 min ton təşkil edib. Beləliklə, azalma 6,6% səviyyəsində olub”, - deyə məlumatda bildirilir.
2017-ci ildə BTC ilə nəqlin ümumi həcmində 27 mln. 220,5 min ton “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neftin və “Şahdəniz” yatağından çıxarılan kondensatın, 60 min ton isə SOCAR-ın payına düşüb.*
N.Abbasova