Martın 2-də Vyanada Avstriya-Azərbaycan biznes forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
"Martın 2-də Vyanada Avstriya-Azərbaycan biznes forumu keçiriləcək. Azərbaycan nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə başçılıq edəcək”, - deyə məlumatda bildirilir.
Forum çərçivəsində Azərbaycan və Avstriya iş adamları arasında əməkdaşlığın qurulması və genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçiriləcək.*
B.Rüstəmbəyov