Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ildə 2,7 tondan artıq narkotik vasitə və psixotrop maddənin ölkəyə qanunsuz gətirilməsinin qarşısını alıb. Bunu komitə sədri Aydın Əliyev deyib.
«Hesabat ilində gömrük orqanları tərəfindən 2 ton 714,962 kq narkotik vasitə, psixotrop maddə və prekursor dövriyyədən çıxarılıb», - deyə o, rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
2017-ci ildə gömrük orqanları tərəfindən 100,517 kq heroin, 13,714 kq həşiş, 20,248 kq marixuana, 5,516 kq kalium permanqanat və digər narkotik maddələr müsadirə edilib.*
F.İsazadə