2017-ci ildə regionlardan vergi daxilolmaları 2016-cı illə müqayisədə 4,2% - 626,3 mln. manat artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
«2017-ci ildə regionlardan vergi daxilolmaları 598,9 mln. manat məbləğində proqnoza qarşı 626,3 mln. manat təşkil edib. Beləliklə, proqnoz 104,6% yerinə yetirilib», - deyə məlumatda bildirilir.
Son 10 il ərzində regionlardan büdcəyə daxilolmaların həcmi 7 dəfə artıb. «Regionlarda sahibkarların böyük hissəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Bu sahə 1999-cu ildən vergidən azad olunub, regionlardan daxilolmaların həcminin artması iqtisadiyyatda canlanmanın olduğunu göstərir», - məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov