Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar 19-20 fevral tarixlərində Bakıda səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“T.Klaar fevralın 19-20-də Azərbaycana səfər edəcək”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində xüsusi nümayəndə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.*
F.İsazadə