2017-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracında ərzaq məhsullarının payı 40%-i ötüb. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.
«2017-ci ilin yekunları üzrə Azərbaycan $1,5 mlrd. dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu məbləğin $650 mln.-u (40%-dən çox) ərzaq məhsullarının payına düşüb», - deyə o bildirib.
R.Məmmədov hesab edir ki, yaxın gələcəkdə bu göstərici 50%-ə çatacaq.*
B.Rüstəmbəyov