“Bank Respublika” fevralın 10-da nizamnamə kapitalının 17,4% - 67,5 mln. manatadək artırılması prosesini başa çatdırmağı planlaşdırır. Bankdan verilən məlumata görə, bunu İdarə Heyətinin sədri Asəf Namazov deyib.
"Fevralın 10-da bankın nizamnamə kapitalının 10 mln. manat – 67,5 mln. manatadək artırılması prosesinin başa çatması planlaşdırılır", - deyə o bildirib.
Sədrin sözlərinə görə, nizamnamə kapitalının artırılması bankın bazardakı mövqelərinin güclənməsinə yönəlib.
Hesabat dövrünün sonuna bankın aktivləri 702 mln. manat, kredit portfelinin həcmi 229 mln. manat təşkil edib.
"Kredit portfelinin keyfiyyət baxımından dəyişməsinin qarşısını almaq məqsədilə bank ötən il ehtiyatların yaradılmasına 15 mln. manat yönəldib. Nəticədə bank ili 10,5 mln. manat zərərlə başa vurub”, - deyə məlumatda vurğulanır.
Hazırda “Bank Respublika”nın nizamnamə kapitalı 57,5 mln. manata bərabərdir.*
A.Əzizov