Fevralın 1-də Bakıda Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun birgə iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
«Bununla əlaqədar Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycana işgüzar səfər edəcək”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində o, həmçinin TürkPA Katibliyini də ziyarət edəcək.
Bundan başqa, N.Niqmatulin azərbaycanlı həmkarı Oqtay Əsədovla görüşəcək. Görüşdə iki ölkə arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunacaq.*
F.İsazadə