2018-ci il fevralın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $52,1 mln.-dan artıq vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Fevralın 1-nə fondun hesabında 88 mln. 311 min 629,32 manat (cari məzənnə ilə $51 mln. 944,961 mindən artıq), $213 min 73,88, 10,136 min avro və 5 min rubl toplanıb“, - məlumatda bildirilir.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
F.İsazadə