Azərbaycan Banklar Assosiasiyasının (ABA)iclasında qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılmasıməsələləri müzakirə olunub.
“Müzakirələrdə Maliyyə Bazarlarına Nəzarət Palatası, AMB, Vergilər, Ədliyyə Nazirlikləri və kommersiya banklarının nümayəndələri iştirak ediblər”, - ABA-nın məlumatında qeyd olunur.
İclasda bildirilib ki, Palata tərəfindən QİA-nın idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılmasını nəzərdə tutan “Bakı yanaşması” adlı sənəd hazırlanır.
“Sənədin müzakirəsi məqsədilə İşçi qrupu yaradılacaq. Həmin qrupa Palata və kommersiya banklarının nümayəndələri (İdarə Heyətlərinin sədrləri və ya üzvləri səviyyəsində) daxil olacaq. Bundan əlavə, ABA-ya üzv banklar sənədə dair təkliflər hazırlayacaqlar”, - məlumatda vurğulanır.
ABA 1990-cı ildə təsis edilib.Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür. **
B.Rüstəmbəyov