İyunun 8-də Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunmuş xüsusi iclası keçiriləcək. Bunu parlamentin sədri Oqtay Əsədov deyib.
"2018-ci il Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və AXC-nin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. İyunun 8-də parlamentin AXC-nin 100 illiyinə həsr olunmuş iclası keçiriləcək. Bunun üçün xüsusi işçi qrup yaradılıb", - deyə o, bu gün Milli Məclisin yaz sessiyasında ilk plenar iclasın açılışında bildirib.
Sədr vurğulayıb ki, yaz sessiyasında qanunvericilik bazasının təkmilləşdirilməsi təmin olunacaq.*
B.Rüstəmbəyov