Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədriSiyavuş Novruzov Amnistiya aktının qəbulu ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmək təşəbbüsü ilə çıxış edib.
“Parlamentin adından Amnistiya aktının qəbulu ilə bağlı prezidenti İlham Əliyevə müraciət etmək lazımdır. Amnistiya qərarını ADR-in yaranmasının 100 illiyi və Heydər Əliyevin 95 illiyinə aid etmək olar”, - S.Novruzov cümə axşamı parlamentin iclasında bildirib.
Onun rəyinə görə, amnistiya qərarı yaşı 70-dən yuxarı olan şəxslərə, həmçinin himayəsində azyaşlı uşaqları olan analara şamil olunmalıdır.
S.Novruzov əlavə edib ki, indiyədək Azərbaycanda 11 amnistiya qərarı qəbul edilib.
B.Rüstəmbəyov