3-4 fevral 2018-ci tarixlərində Bakıda IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Konfransda Azərbaycan Arıçılar Assosiasiyasının hədəfləri, Quba-Xaçmaz iqtisadi rayonunda arıçılığın mövcud vəziyyəti və inkişaf perspektivləribarədə məruzələr oxunacaq”, - deyə məlumatda bildirilir.
Bundan başqa, arıçılıq məhsullarının istehsalı, saxlanması, ekspertizası və istifadəsinə dair müzakirələr aparılacaq.
“Konfrans iştirakçıları dünya arıçı alimlərini düşündürən aktual mübahisəli məsələləri nəzərdən keçirəcəklər”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə