“Azərpoçt" MMC ilk dəfə "Debit MasterCard" ödəniş kartlarının emissiyasına başlayıb. Bu barədə MMC-dən məlumat verilir.
“İlk mərhlədə 20 min kartın personallaşdırılması nəzərdə tutulub. Hər bir fiziki şəxs "Debit MasterCard" tipli ödəniş kartını əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlərlə "Azərpoçt" MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət edə bilər”, - məlumatda qeyd olunur.
Kartı əldə edən istənilən korporativ və fərdi müştəri üçün rüsumlar bir illik - 10 manat, iki illik -18 manat, üç illik - 24 manat təşkil edir.
"Azərpoçt" ilə əməkhaqqı layihəsində iştirak edən müəssisələrin əməkdaşları üçün rüsumlar bir illik - 8 manat, iki illik - 15 manat, üç illik - 21 manatdır.
"Debit MasterCard" - debit məhsulu olaraq, "MasterCard" Beynəlxalq Ödəniş Sistemi tərəfindən yaradılıb.
N.Abbasova