Milli Depozit Mərkəzi (MDM) “Euroclear”hesablama sistemində hesab açmağı planlaşdırır. Bu barədə MDM-dən məlumat verilir.
“Milli Depozit Mərkəzində “Euroclear”təşkilatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub”, - məlumatda deyilir.
MDM hesablama sistemi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və “Euroclear”da hesab açılması imkanını müzakirə edir.
“Euroclear” hesabalma sistemi - daxili və beynəlxalq bazarlarda qiymətli kağızlarla (istiqrazlar, səhmlər, fondların payları) hesablaşmaların aparılması üçün sistemdir. Dünyanın 90-dan artıq ölkəsində yerləşən maliyyə institutlarına hesablama xidmətləri göstərir. 1968-ci ildə Brüsseldə təsis edilib. **
A.Əzizov