Azərbaycan Belarusdan ən iri silah alıcılarından biridir. «Комсомольская правда в Беларуси» nəşrinin yazdığına görə, bunu Belarusun hərbi analitiki Aleksandr Alesin deyib.
"Azərbaycan ən iri müştərilərdən biridir. Biz bu ölkəyə HHM sistemləri, xüsusilə modernləşdirilmiş "Buk-MB" zenit-raket kompleksləri satırıq. Bu sahədə əməkdaşlığın genişləndirilməsi perspektivi var", - deyə o bildirib.
Ekspertin sözlərinə görə, Minsk Bakı üçün Su-27 и Su-25 qırıcılarını da modernləşdirir.*
B.Rüstəmbəyov