ATƏT-in Minsk qrupunun həmsədrləri 6-7 fevral tarixində Bakıya səfər edəcəklər. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
“Fevralın 6-da həmsədrlər Bakıya səfərə gələcəklər. Fevralın 7-də Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə intensiv və məntiqli danışıqlara dair müzakirələr davam etdiriləcək”, - H.Hacıyev bildirib. **
A.Əzizov