Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sərəncamına əsasən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova Qazaxıstanın “Şərəf” ordeni təqdim edilib.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, ordeni O.Əsədova Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin təqdim edib.
Azərbaycan parlamentinin spikeri dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə ilə bu ordenlə təltif olunub. **
F.İsazadə