“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisi istehsalı üzrə dövlət inhisarçısı) 2018-ci ilin yanvar ayında 2,123 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar ayında “Azərenerji” tərəfindən 2,164 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub. Beləliklə, 2018-ci ilin yanvar ayında hasilat 1,9% azalıb.
Ötən il “Azərenerji” 20 mlrd. 29,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib.*
N.Abbasova