2017-ci ildə “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaitindən ipoteka kreditləşməsinin həcmi 202,9 mlın. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 184 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Həmçinin, 2017-ci ilin dekabr ayında agent banklar tərəfindən 30,4 mln. manat məbləğində kredit veriblər, bu da hesabat ili ərzində ən yüksək aylıq göstərici olub.
AMB-nin məlumatına görə, 2017-ci ildə AİF 113,9 mln. manat (artım 3,4 dəfə), həmçinin dekabr ayında - 19,6 mln. manat məbləğində kreditləri təkrar maliyyələşdirib.
Ötən il AİF 250 mln. manat məbləğində istiqrazları yerləşdirib (2016-cı ildə yerləşdirmə həyata keçirməyib - İF).
2017-ci ildə dövlət büdcəsindən Fond sosial ipoteka üçün 50 mln. manat, həmçinin dekabrda - 5,3 mln. manat vəsait əldə edib.
A.Əzizov