SOCAR Turkiye Enerjişirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) Türkiyədə yeni neft-kimya kompleksinin tikintisini SOCAR ən azı $1,5 mlrd. həcmində qiymətləndirir. Bunu SOCAR Turkiye Enerjişirkətinin rəhbəriZaur QəhrəmanovTürkiyənin “Akşam” qəzetinə müsahibəsində deyib.
“Bu layihənin reallaşdırılmasına sərmayələrin həcmi ən azı $1,5 mlrd. səviyyəsində qiymətləndirilir. Kompleksin tikintisinə 2018-ci ilin sonunda başlanıla bilər və 4 il ərzində, yəni 2022-ci ilə başa çatacaq”, - Z.Qəhrəmanov bildirib.
O həmçinin qeyd edib ki, hazırda Petkim kompleksi hesabına Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 17%-i ödənilir. Lakin, Z.Qəhrəmanov əlavə edib ki, yeni neft-kimya kompleksinin tikintisi sayəsində şirkət bu göstəricini 30-40%-ə çatdırmağı ümid edir.
“STAR” NEZ-in gücünün 10 mln. ton təşkil edəcəyini nəzərə alaraq, burada istehsal olunan neft məhsullarını həm Petkim, həm də yeni neft-kimya kompleksinə xammal qismində göndərmək mümkün olacaq”, - Z.Qəhrəmanov bəyan edib.
Öncə Z.Qəhrəmanov bildirib ki, kompleksin tikintisinə 2019-cu ildə start verilə bilər, 2023-cü ildə başa çatması nəzərdə tutulur. **
N.Abbasova