2017-ci ildə Azərbaycanda banklar xarici valyuta ilə mübadilə əməliyyatlarını azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin materiallarına əsasən, 2017-ci ildə kredit təşkilatları $1 mlrd. 759 mln. 735,1 min (2016-cı illə müqayisədə 41,4%), 526 mln. 781,9 min avro məbləğində valyuta satıblar (azalma 5,8%).
Valyuta satışının azalması 2017-ci ildə valyuta bazarında müəyyən məhdudiyyətlərin tətbiqi ilə əlaqədardır.
AMB-nin məlumatına əsasən, 2017-ci ildə banklar əahlidən xarici valyuta satışı həcmini azaldıblar. Xüsusilə, banklar $1 mlrd. 733 mln. 190,7 min (azalma 32,3%), 204,189 min avro (azalma 30,2%) valyuta alıblar.
2017-ci ildə dolların orta məzənnəsi 2016-cı ildə 1,6026 AZN/$1-ə qarşı 1,7145 AZN/$1, avronun məzənnəsi bir il öncə 1,7775 AZN/1EUR-ya qarşı 1,9672 AZN/1EUR təşkil edib.
2016-cı ildə banklar dolların satışını 4,1 dəfə, alışını 26,4% azaldıblar. **
A.Əzizov