Fevralın 7-dən 9-dək Berlin şəhərində keçiriləcək "Fruit Logistica" meyvə-tərəvəz sərgisində 9 Azərbaycan şirkəti təmsil olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan "Made in Azerbaijan" vahid stend ilə təmsil olunacaq. Sərgidə Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları təqdim ediləcək. **
B.Rüstəmbəyov